Bakı Fond Birjasının əsas vəzifəsi Azərbaycanın kapital bazarına xarici investorların cəlb edilməsidir. Bunu BFB-nin İdarə Heyətinin sədri Vüqar Namazov deyib.
“BFB-nin qarşısında duran əsas məqsəd xarici investorların cəlb olunmasıdır”, - V.Namazov cümə axşamı Bakıda “Kapital Bazarları 2018” forumunda bəyan edib.
Onun sözlərinə görə, hazırda BFB-də 138 alətdən istifadə olunur.
“Listinqin inkişafını da əsas istiqamətlərdən biri hesab edirik”, - V.Namazov vurğulayıb. **
B.Rüstəmbəyov