"AzFinance İnvestisiya Şirkəti" QSC Azərbaycanda investisiya bankı açmağı planlaşdırır. Bunu şirkətin direktoru Abid Məmmədov deyib.
"Biz Azərbaycanda ilk investisiya bankı açmaq istəyirik", - deyə o, bu gün Bakıda keçirilən “Kapital bazarları – 2018” forumunda bildirib.
Direktorun sözlərinə görə, hazırda “AzFinance” 50 mln. manat məbləğində aktivləri idarə edir, şirkətin nizamnamə kapitalı 2 mln. manata bərabərdir.
A.Məmmədov əlavə edib ki, “AzFinance” ticarət əməliyyatlarının sadələşdirilməsi üzərində işləyir və bu proses 2-3 il davam edəcək.*
B.Rüstəmbəyov