Rusiya-Azərbaycan münasibətləri miqyaslı xarakter daşıyır. Bunu RusiyaFederasiyasınınAzərbaycandakı müvəqqəti işlər vəkili Oleq Muraşev deyib.
“Rusiya-Azərbaycan münasibətləri miqyaslı xarakter daşıyır. Rusiya Azərbaycanın ikinci ən iri xarici ticarət tərəfdaşıdır və qeyri-neft sektorunda №1 tərəfdaşdır”, - O.Muraşev cümə günü Bakıda keçirilən "Yeni nəsil: Sərhədsiz məsuliyyət " adlı V Beynəlxalq GənclərForumunda bildirib.
Onun sözlərinə görə, hazırda Rusiyanın ali məktəblərində 15 mindən artıq Azərbaycan vətəndaşı təhsil alır.
“Həm Rusiya, həm də Azərbaycan rəhbərliyi üçün gənclərlə iş prioritetdir”, - o əlavə edib. **
R.Babayev