Oktyabrın 17-də Azərbaycanda prezident seçkisinin keçirilmısi planlaşdırılır. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilir.
Nazirlik tərəfindən 2018-ci ilin İş vaxtı norması və İstehsalat təqvimi təsdiq edilib.
Məlumata əsasən, Azərbaycan Respublikasının Prezidentinin Konstitusiya ilə müəyyən olunmuş səlahiyyət müddəti başa çatdığı son ilin oktyabr ayının üçüncü həftəsinin çərşənbə günü seçki günü hesab olunur. 2018-ci ilin İş vaxtı normasının hesablanması məqsədilə rəsmi elan olunanadək şərti olaraq 2018-ci ilin 17 oktyabr tarixi iş günü hesab edilməyən Azərbaycan Respublikası Prezidentinin seçki günü kimi nəzərə alınır.
2018-ci ildə beşgünlük iş həftəsində 241 iş günü olacaq.
Ötən ilin sentyabr ayında Konstitusiyaya daxil edilən dəyişikliyə əsasən, Azərbaycan prezidenti 7 illik müddətə seçiləcək (hazırda 5 ildir). **
A.Əzizov