Azərbaycanın hüquq-mühafizə orqanları Bakı Dəmiryolu Vağzalında partlayıcı ehtimal edilən şübhəli əşyanın aşkar olunması ilə bağlı vətəndaşları təxliyə edib. Bu barədə APA agentliyi məlumat verir.
Məlumata əsasən, polisə zəng edən naməlum şəxs vağzalının ikinci mərtəbəsində partlayıcı qoyulduğu məlumat verib.
Hazırda Fövqəladə Hallar Nazirliyinin əməkdaşları şübhəli əşyanın axtarışlarına başlayıblar.
Polis binanı mühasirəyə alıb, vağzala heç kəs buraxılmır. **
A.Əzizov