Azərbaycan "Forbes" jurnalı tərəfindən tərtib olunan "Biznes üçün ən yaxşı ölkələr - 2018" adlı reytinqdə 70-ci yeri tutub.
Ötən il reytinqdə Azərbaycan 64-cü yeri tutub.
Reytinq 153 ölkəni əhatə edir və Freedom House, Heritage Foundation, Property Rights Alliance, United Nations, Transparency International, World Bank Group və World Economic Forum kimi təşkilatların məlumatları əsasında tərtib olunub. Tərtibat zamanı 15 meyar nəzərə alınıb ki, bunların arasında innovasiyalar, özəl mülkiyyət, infrastruktur, vergi sistemi və s. qeyd etmək olar.
Reytinqə əsasən, Gürcüstan 52, Türkiyə 56, Rusiya 58, Ermənistan 88-ci yerdədir.
Bu il biznes üçün ən yaxşı ölkə Böyük Britaniyadır.
Biznes üçün ən yaxşı ölkələrin onluğuna - Yeni Zelandiya, Niderland, İsveç, Kanada, Honkonq, Danimarka, İrlandiya, Sinqapur, İsveçrə daxil olub. Reytinqə əsasən biznes üçün ən pis ölkə 153-cü yerdə qərarlaşın Çad Respublikası qeyd edilir. **
B.Rüstəmbəyov