İqtisadiyyat naziri Şahin Mustafayev İran şirkətlərinə Sabirabad Sənaye Məhəlləsində birgə avtobus istehsalı təşkil etməyi təklif edir.
"Ş.Mustafayev İran İslam Respublikasının Prezident Aparatının rəhbəri Mahmud Vaezi ilə görüşüb. Görüşdə iki ölkə arasında əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub”, - deyə İqtisadiyyat Nazirliyinin məlumatında qeyd olunur.
Ş.Mustafayev Sabirabad Sənaye Məhəlləsində avtobus, Hacıqabul Sənaye Məhəlləsində isə birgə kənd təsərrüfatı texnikasının istehsalı üçün imkanların olduğunu diqqətə çatdırıb.
O, həmçininAzərbaycanın Ələt limanı ilə İranın Ənzəli və Əmirabad limanları arasında əməkdaşlığın genişləndirilməsində ölkımizin maraqlı olduğunu vurğulayıb.
Kənd təsərrüfatı, sənaye, bankçılıq, neft-qaz sahələrində əməkdaşlıq imkanlarını qeyd edən M.Vaezi bildirib ki, ölkələrimiz arasında birgə layihələr olan avtomobil istehsalı və əczaçılıq zavodlarının tikintisi sahəsində görülən işlər sürətləndirilməlidir.
Görüşdə, həmçinin Şimal-Cənub nəqliyyat dəhlizinin tərkib hissəsi olan Rəşt-Astara dəmir yolu xəttinin tikintisinin maliyyələşdirilməsinə dair müzakirələr aparılıb.*
A.Əzizov