2018-ci ildə Azərbaycanda orta aylıq pensiya 216,5 manat təşkil edəcək, bu da 2017-ci ilin göstəricisindən 6,9% çoxdur. Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov bildirib.
“Gələn il pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsi tədbirləri davam etdiriləcək. Nəticədə, 2018-ci ildə orta aylıq pensiyanın məbləği 6,9% - 216,5 manatadək artacaq”, - S.Müslümov rəsmi mətbuatda dərc olunan məqalədə qeyd edib.
O vurğulayıb ki, cari il Dövlət Sosial Müdafiə Fonduna icbari social sığorta üzrə aylrmaların daxilolmasında artım müçahidə olunur. “2017-ci ilin 9 ayı ərzində bu ür daxilolmaların həcmi ötən ilin analoji dövrü ilə müqayisədə 8,7% artaraq 1,5 mlrd. manat təşkil edib. Bu cür əlverişli şərait pensiyaların vaxtında ödənilməsinə imkan yaradıb. Bütövlükdə, hesabat dövrü ərzində pensiya və müavinətlərin ödənişinə 2,46 mlrd. manat yönəldilib (artım 8,7%)”, - nazir qeyd edib. **
A.Əzizov