“Cənub-Qərb” nəqliyyat dəhlizi ilə yüklər yeddi gün ərzində daşınacaq. Bunu “Azərbaycan Dəmir Yolları” QSC-ninsədri Cavid Qurbanov deyib.
“Hazırda “Cənub-Qərb” dəhlizinin istifadəyə verilməsi ilə bağlı işlər aparılır. Bu dəhliz İran, Azərbaycan, Gürcüstan, Ukrayna vasitəsilə Hindistandan Avropaya və əks istiqamətdə yüklərin daşınmasına imkan yaradacaq”, - C.Qurbanov rəsmi mətbuatda məqaləsində qeyd edib.
O vurğulayıb ki, ilkin hesablamalara görə, bu dəhliz ilə yüklərin yeddi gün ərzində daşınması mümkün olacaq (bu gün alternativ marşrutlara sərf edilən vaxt 35-37 gündür - İF).
“Cənub-Qərb” nəqliyyat dəhlizinin ümumi uzunluğu 5311 kilometrdir: Slavkov-İliçevsk - 1364, İliçevsk-Batumi-1050, Batumi-Baku-Astara-982, Astara-Bandar Abbas-1915 km. **
A.Əzizov