Rusiya İxrac Mərkəzi (RİM) Azərbaycanda kiçik və orta sahibkarlıq sahəsində layihələrin reallaşdırılmasına dəstə göstərməyə hazırdır. Bunu RİM şirkətlər qrupunun rəhbəri Pyotr Fradkov deyib.
“Azərbaycan çoxdan bizim üçün strateji ölkədir. Azərbaycandakı layihələrə dəstək portfelimiz $0,5 mlrd. məbləğindədir. Bu layihələr dəmiryol nəqliyyatı, kənd təsərrüfatı və digər sahələri əhatə edir”, - deyə o, bu gün Bakıda mərkəzin Azərbaycandakı nümayəndəliyinin açılış mərasimində bildirib.
P.Fradkovun sözlərinə görə, ancaq bu, son hədd deyil. “Biz bu nümayəndəlik vasitəsi ilə iri şirkətlərlə yanaşı, kiçik və orta sahibkarlığı da dəstəkləməyə hazırıq”, - deyə mərkəzin rəhbəri qeyd edib.*
N.Abbasova