Nazirlər Kabineti Azərbaycana idxal olunan mallara tətbiq edilən aksizlərin yeni dərəcələrini təsdiq edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə hökumətdən məlumat verilib.
Nazirlər Kabinetinin qərarına əsasən yeni dərəcələr 2018-ci il yanvarın 22-dən qüvvəyə minəcək.
Xüsusilə səməni pivəsinin 1 litri üçün aksiz dərəcəsi 1,7 manat (hazırda 1 manat), təbii üzüm şərabları, spirt qatılmışlar daxil olmaqla; üzüm suslosunun 1 litri üçün 3,5 manat (hazırda 2 manat), şampan şərabının 1 litri üçün 5 manat (hazırda 2,5 manat), viskinin 1 litri üçün 10 manat (hazırda 6 manat) təşkil edəcək.
Arağın 1 litri üçün aksiz dərəcəsi 10 manat (hazırda 6 manat), likörün 1 litri üçün aksiz dərəcəsi 10 manat (hazırda 6 manat) məbləğində müəyyən edilib.
Nazirlər Kabinetinin qərarı ilə 1000 ədəd siqarın idxalına 20 manat (hazırda 10 manat), 1000 ədəd siqaretin idxalına 12 manat (hazırda 4 manat) məbləğində aksiz dərəcəsi tətbiq olunacaq.*
A.Əzizov