Azərbaycandan Rusiyaya kənd təsərrüfatı məhsullarının ixracı 60% artıb. Bunu də Rusiya Federasiyasının iqtisadi inkişaf naziri Maksim Oreşkin bazar ertəsi Bakıda Azərbaycan prezidenti İlham Əliyevlə görüş zamanı bildirib.
Azərbaycan dövlət başçısının saytında verilən məlumata görə, M.Oreşkin bildirib ki, Azərbaycanın kənd təsərrüfatı məhsulları istehsal edən daha 14 müəssisəsinin Rusiya bazarlarına çıxması barədə qərar qəbul olunub.
İ.Əliyev Azərbaycan ilə Rusiya arasında ikitərəfli münasibətlərin bütün sahələrdə uğurla inkişaf etdiyini vurğulayaraq, iqtisadi əməkdaşlığımızın daha da genişləndirilməsi, ticarət dövriyyəsinin artırılması ilə bağlı əlavə tədbirlərin görülməsinin vacibliyini qeyd etdi, Rusiyaya Azərbaycan ixracatının artmasından məmnunluğunu bildirdi.
“Görüşdə tərəflər Şimal-Cənub nəqliyyat dəhlizinin hər iki ölkə üçün əhəmiyyətini vurğuladılar, həmçinin ölkələrin ticarət əlaqələrində dinamik artımın olduğu qeyd edildi, qarşılıqlı investisiya, turizm, tranzit daşımaları sahəsində əməkdaşlıq imkanları müzakirə etdilər”, - məlumarda qeyd olunur. **
B.Rüstəmbəyov