Azərbaycan Rusiya bazarı üçün kənd təsərrüfatı məhsullarının istehsalı sahəsində əməksdaşlıq təklif edir. Bunu iqtisadiyyat naziri Şahin Mustafayev bazar ertəsi Bakıda Rusiya-Azərbaycan və Azərbaycan-Rusiya işgüzar şuralarınıngeniş iclasındabəyan edib.
“2017-ci ildə Rusiya Azərbaycanla ticarət dövriyyəsinin həcminə görə üçüncü yerdədir. Məhsulların Azərbaycana idaxlında Ruasiya birinci yerdə qərarlaşıb. Bunda əlavə, bu il Rusiya qeyri-neft ixracında Azərbaycanın əsas ticarət tərəfdaşı olaraq birinci yeri tutub. Buna baxmayaraq, ticarətin həcmi daima artır, potensial hələ yüksəkdir. Azərbaycan və Rusiya işgüzar şuralarına əməkdaşlıq üçün konkret istiqamətləri təhlil və müəyyən etməyi təklif edirəm. Xüsusilə, Azərbaycanda sənaye parklarında birgə müəssisələrin yaradılması üzrə neft maşınqayırması və Rusiya bazarı üçün ASK məhsullarının istehsalı sahəsində birgə müəssisələrin yaradılmasını tklif edirəm”, - Ş.Mustafayev bildirib.
Rusiya Federasiyasının iqtisadi inkişaf naziri Maksim Oreşkin öz növbəsində məlumat verib ki, 2017-ci ilin 10 ayı ərzində iki ölkə arasında ticarət dövriyyəsinin həcmi $2 mlrd.-ı ötüb. “Lakin bu göstəricinin artması potensialı çox yüksəkdir. Düşünürəm ki, Rusiya İxrac Mərkəzinin Bakıda nümayəndəliyinin açılışı məhz ölkələrimiz arasında ticari və investisiya əməkdaşlığının genişləndirilməsinə yönəldilib”, - o qeyd edib. **
N.Abbasova