Bu günBakıda Azərbaycan-Rusiya və Rusiya-Azərbaycan İşgüzar Şuralarının geniş iclasının yekunları üzrə iki ölkənin şirkətləri arasında 6 sənəd imzalanıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin müxbiri xəbər verir.
Azərbaycanın "Silk Way Airlines" şirkəti Rusiya İxrac Mərkəzi (RİM) və Rusiyanın "İlyuşin Finans Ko." şirkəti ilə əməkdaşlığa dair anlaşma memorandumları imzalayıb.
Bundan başqa, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) ilə Rusiya İxrac Mərkəzi arasında, Azərbaycanın "Gravity" şirkəti və Rusiyanın "Lato" şirkəti arasında, Azərbaycanın "Hovers Lighting Solution" və Rusiyanın "Realed" şirkəti arasında, Azərbaycanın "AzProtein" və Rusiyanın "Qurman" şirkəti arasında, arasında anlaşma memorandumları imzalanıb.*
N.Abbasova