Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) Azərbaycanda fəaliyyət göstərən banklara “MoneyPolo” pulköçürmə sistemi ilə əməkdaşlığın dayandırılması ilə bağlı tapşırıq verib. Bu barədə MBNP-nin məlumatında deyilir.
Palatanın apardığı araşdırmalar nəticəsində “MoneyPolo” pulköçürmə sisteminin beynəlxalq hüquq normalarını və ölkəmizin ərazi bütövlüyünü tanımayaraq işğal altında olan ərazilərinə qeyri-qanuni formada pul köçürmələri həyata keçirməsi, bunun çirkli pulların yuyulması və terrorizmin maliyyələşdirilməsində mühüm vasitə ola biləcəyi müəyyən edilib”, - deyə məlumatda bildirilir.
Qeyd olunanlar nəzərə alınaraq ölkədə fəaliyyət göstərən banklara və “Azərpoçt” MMC-yə bu pulköçürmə sistemi ilə işgüzar münasibətlərin dayandırılması ilə bağlı tapşırıq verilib.*
N.Abbasova