Xaçmaz rayonunda toxum emalı fabrikinin tikintisinə başlanılıb. Bu barədə Kənd Təsərrüfatı Nazirliyindən məlumat verilir.
“İllik istehsal gücü 3 min ton olan fabrik rayonun Qaraçay-cek kəndində inşa olunur”, - məlumatda deyilir.
Qeyd olunur ki, favrik 2018-ci ildə istifadəyə veriləcək.
“Fabrikdə fərdi toxumçuluq təsərrüfatlarından tədarük olunan toxumların təmizlənməsi, paketlənməsi, sertifikatlanması həyata keçiriləcək”, - məlumatda vurğulanır.
Toxumçuluq müəssisəsində quraşdırılacaq avadanlıqlar Türkiyədən gətirilib.
Fabrikin ərazisində müasir toxumçuluq mərkəzi toxum laboratoriyası, hərəsindən iki ədəd olmaqla tutumları 1000 və 500 tonluq anbarlar inşa olunacaq. **
F.İsazadə