“AGBank” ASC-nin İdarə Heyətinin sədri Əfqan Cəlilov “AGBank”ın bağlanmasına heç bir maliyyə, iqtisadi və hüquqi əsasın olmadığını bildirib. Bu barədə bankın mətbuat xidmətindən məlumat verilib.
“Bəzi iqtisadçı ekspertlər “AGBank”ı bağlanma ehtimalı yüksək olan bankların sırasına daxil ediblər. Bu, ekspert rəyidir və heç bir əsası yoxdur. Bankın bağlanmasına heç bir maliyyə, iqtisadi, hüquqi əsas da yoxdur”, - deyə Ə.Cəlilovun bəyanatında qeyd edilir.
Onun sözlərinə görə, maliyyə bazarında mövcüd riskləri nəzərə alaraq bank daha ehtiyatlı kredit siyasəti həyata keçirir.
Sədr əlavə edib ki, hazırda “AGBank” tam həcmdə bütün bank xidmətlərini göstərir. Bankda müştəri sayı 320 mindən artıqdır. “AGBank” 19 filial şəbəkəsinə malikdir və fəal şəkildə ipoteka kreditləri verir.
“AGBank” 1992-ci ildə yaradılıb və Azərbaycanın aparıcı banklarının onluğuna daxildir.*
A.Əzizov