“Bank «BTB» ASC nizamnamə kapitalını 27,8% - 66 mln. 450 min manatadək artırıb. Bu barədə bankın məlumatında deyilir.
"14 mln. 450 min manat məbləğində səhmin əlavə emissiyasının yerləşdirilməsinin başa çatması hesabına bankın nizamnamə kapitalı 66 mln. 450 min manatadək artırılıb", - deyə məlumatda bildirilir.
Əlavə emissiya hər birinin nominal dəyəri 1 min manat olan 14,45 min ədəd səhmə bölünüb.*
A.Əzizov