Müdafiə naziri general-polkovnik Zakir Həsənov ön xətdə xidmət edən hərbçilərinmənəvi-psixoloji hazırlığını yoxlayıb.
“Z.Həsənov səngərlərdə hərbi qulluqçuların döyüş və mənəvi-psixoloji hazırlığı, sosial-məişət şəraiti ilə maraqlanıb”, - deyə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Əməliyyat şəraiti barədə məruzə edildikdən sonra müdafiə naziri Ali Baş Komandanın Azərbaycan Ordusu qarşısında qoyduğu tapşırıqları bir daha şəxsi heyətin diqqətinə çatdırıb, hərbi qulluqçuların döyüş qabiliyyətini və mənəvi-psixoloji hazırlığını yüksək qiymətləndirib.
Bundan başqa, Z.Həsənov hərbçilər üçün yeni inşa edilən əsgər yataqxanasının açılışında iştirak edib və burada yaradılan şəraitlə tanış olub.*
F.İsazadə