Cəlilabad Rayon İcra Hakimiyyəti Ələt-Astara yolu boyunca yerləşən çoxmərtəbəli binaların dam örtükləri və bloklarının təmiri və dekorativ hasarın tikintisi üçün ümumilikdə 2 mln. 993 min 678,47 manat məbləğində iki müqavilə bağlayıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə İqtisadiyyat Nazirliyindən məlumat verilib.
«Cəlilabad RİH “Cənub-2000” MMC ilə tikinti və abadlıq işlərinin həyata keçirilməsi haqqında ümumi dəyəri 2 mln. 993 min 678,47 manat olan iki müqavilə bağlayıb. 1 mln. 496 min 559,63 manat dəyərində birinci müqavilədə blokların cari təmiri, dam örtüklərinin dəyişdirilməsi və həyətlərin abadlaşdırılması nəzərdə tutulur», - deyə nazirlikdən qeyd ediblər.
Alar kəndində Ələt-Astara yolu boyunca dekorativ daş hasarın tikintisini nəzərdə tutan ikinci müqavilənin dəyəri 1 mln. 497 min 118,84 manatdır.
Hər iki müqavilə dekabrın 18-də imzalanıb.*
N.Abbasova