Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənovun əmri ilə “Azərbaycan Standartlaşdırma İnstitutu”, “Patent və Əmtəə Nişanları Mərkəzi” və “Azərbaycan Akkreditasiya Mərkəzi” publik hüquqi şəxslərinin baş direktoru vəzifələrinə təyinatlar olub.
Xüsusilə, R.Həsənovun əmri ilə Azərbaycan Standartlaşdırma İnstitutunun baş direktoru vəzifəsinə Namiq Tağıyev təyin edilib.
Patent və Əmtəə Nişanları Mərkəzinin baş direktoru vəzifəsinə Günel Sevdimalıyeva, Azərbaycan Akkreditasiya Mərkəzinin baş direktoru vəzifəsinə Namiq Əliyev təyin olunublar. **
B.Rüstəmbəyov