“Petkim” neft-kimya kompleksi 2021-ci ilə qədər “rəqəmsal” şirkətə çevrilməyi planlaşdırır. Bunu “Petkim Petrokimya Holding”in baş icraçı direktoru Anar Məmmədov deyib.
“Cari həftə holdinqdə yeni vəzifə yaradılıb - baş icraçı direktorun “rəqəmsallaşma” və informasiya üzrə müavini. 2018-ci ilin yanvar ayından etibarən biz bu məsələ ilə ciddi məşğul olmaq niyyətindəyik. Məqsədimiz “Petkim”i nəinki Türkiyədə, həm də Azərbaycanda qabaqcıl “rəqəmsal” şirkətə çevirməkdir”, - A.Məmmədov Türkiyənin «Bloomberg HT» telekanalının «Piyasa Hattı» proqramında bildirib.
Onun sözlərinə görə, 2018-ci ildə kompleks rəqəmsal texnologiyaların tətbiqinə sərmayə yatırmağı planlaşdırır. “Ümumilikdə kompleksin “rəqəmsallaşma” layihəsi 2-3 ilə başa gələcək. Lakin artıq 2018-ci ilin sonunda bu layihənin reallaşdırılmasından ilk nəticələr əldə etməyi gözləyirik”, - A.Məmmədov qeyd edib.
O həmçinin məlumat verib ki, 2017-ci il kompleks üşün uğurlu olub. Cari il kompleksin istehsal güclərinin istifadə əmsalı 2016-cı ildə 89% səviyyəsində göstəriciyə qarşı 97%-ə çatıb.
“2017-ci ildə neft-kimya məhsullarının istehsalını 400 min ton artırdıq. Fikrimizcı, 2018-ci il daha riskli olacaq, çünki “Petkim”in istehsal etdiyi neft-kimya məhsullarının birja qiymətlərində dəyişmə gözləyirik. Bununla əlaqədar bazar asılılığından müdafiə olunmaq istəyirik, yəni elə iş səviyyəsinə çataq ki, qiymət dəyişməsi ilə bağlı təsiri mühüm dərəcədə azaldaq”, - A.Məmmədov vurğulayıb. **
N.Abbasova