Müdafiə naziri general-polkovnik Zakir Həsənov cəbhəboyu zonada yerləşən bölmələrdə olub, üzbəüz düşmən mövqelərini müşahidə edib.
Azərbaycan prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti cəbhəboyu zonada yerləşən bölmələrdə olub. Bu barədə nazirlikdən məlumat verilib.
“Müdafiə naziri üzbəüz düşmən mövqelərini müşahidə edib, ön xətdəki vəziyyətlə yerində tanış olub”, - məlumatda deyilir.
Həmçinin Z.Həsənov hərbi hissələrdən birinin yeni inşa edilən dayaq məntəqəsinin, digər hərbi hissədə isə hərbi texnika üçün nəzərdə tutulmuş avtoparkın açılışını edib.
O cümlədən, nazir hərbi texnikanın döyüşə hazırlıq səviyyəsini yoxlayıb. **
F.İsazadə