“DəmirBank” ASC-də kompensasiya olunan əmanətlərin həcmi 63,5 mln. manat təşkil edir. Bu barədə Maliyyə Bazalarına Nəzarət Palatasının (MBNP) məlumatında deyilir.
Qeyd edək ki, Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının 22 dekabr 2017-ci il tarixli qərarına əsasən “DəmirBank” ASC-nin lisenziyası 23 dekabr 2017-ci ildən etibarən ləğv edilib.
Palata bu qərarı bankın məcmu kapitalının miqdarının banklar üçün müəyyən edilmiş məcmu kapitalının minimum miqdarından və məcmu kapitalın adekvatlıq əmsalının qanunvericiliklə nəzərdə tutulmuş 3 (üç) faizdən az olmasına, eləcə də kreditorları qarşısında olan öhdəliklərini yerinə yetirə bilməməsinə görə qəbul edib.
“30 sentyabr 2017-ci il tarixinə "Dəmirbank" ASC-də 66 286 nəfər əmanətçinin 81,5 mln. manat fond tərəfindən kompensasiya olunan əmanəti olub. Kompensasiya olunan əmanətlərin həcmi hesablanmış faizlərlə birlikdə 55 213 nəfər üzrə 63,5 mln. manat təşkil edir”, - deyə məlumatda bildirilir.
Əmanətçilərin 52 732 nəfərinin əmanəti 1000 manatdan aşağıdır.*
A.Əzizov