Moskvanın və bütün Rusiyanın patriarxı KirillAzərbaycanın birinci vitse-prezidenti Mehriban ƏliyevayaII dərəcəli Müqəddəs Mələksima Knyaginya Olqa ordeni təqdim edib. Bu barədə rəsmi mətbuat məlumat verir.
M.Əliyeva Rus Pravoslav Kilsəsinə göstərdiyi köməyə və Həştərxan şəhərinin abadlaşdırılmasına qayğısına görə ordenlə təltif edilib.
Mərasimdə çıxış edən M.Əliyeva tədbir iştirakçılarına Azərbaycanda tolerantlıq və multikulturalizm mühiti barədə məlumat verib.
“Azərbaycan çoxmillətli və çoxkonfessiyalı dövlətdir. Multikulturalizm, qarşılıqlı hörmət xalqımızın dünyagörüşünün və Azərbaycan hökumətinin dövlət siyasətinin əsasını təşkil edir”, - birinci vitse-prezident bildirib.
M.Əliyeva vurğulayıb ki, Azərbaycan torpağında müxtəlif konfessiyaların, müxtəlif sivilizasiyaların və mədəniyyətlərin nümayəndələri əsrlər boyu sülh və həmrəylik şəraitində yaşayıblar.
“Ölkəmizin ərazisində yaşayan bütün xalqların bu mədəni müxtəlifliyi, heç şübhəsiz, bizim sərvətimizdir. Bu sözlər, rus pravoslav icmasına da bütünlüklə aiddir. Bu gün Azərbaycanda Rus Pravoslav Kilsəsinə mənsub olan dindarların sayı 100 mindən çoxdur”, - M.Əliyeva qeyd edib.
Birinci vitse-prezident bildirib ki, Azərbaycan xalqı öz köklərinə, ənənələrinə, tarixinə çox hörmət edir. Onun sözlərinə görə, lakin bununla bərabər, Azərbaycan dünyaya açıq ölkədir.
“Biz başqa dövlətlərlə, başqa ölkələrlə dostluq münasibətləri qurmaq istəyirik və bu gün Rusiya ilə Azərbaycan arasında münasibətlər mehriban qonşuluq, qarşılıqlı hörmət və dostluq əsasında qurulur. Azərbaycan və Rusiya strateji tərəfdaşlardır və əlbəttə ki, bizim humanitar sahədə əməkdaşlığımız bu tərəfdaşlığın çox mühüm hissəsidir”, - M.Əliyeva vurğulayıb. **
F.İsazadə