“AzerGold” ASC 2017-ci ilin aprel-dekabr aylarında Azərbaycanda hasil olunan qızıl və gümüş satışından 121 mln. manatdan artıq gəlir əldə edib (cari məzənnə ilə $71,2 mln.). Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə şirkətdən məlumat verilib.
Aprel ayında “AzerGold” “Argor-Heraus” şirkəti tərəfindən saflaşdırılmış qızıl və gümüş külçələrin ixracına başlayıb.
“Aprel-dekabr aylarında “AzerGold” 60,552 min unsiya qızıl və 86,806 min unsiya gümüşün satışını həyata keçirib. Onların satışından gəlir 121 mln. manatı ötüb”, - şirkətdən qeyd ediblər.
A.Əzizov