"AzerGold"QSC 2020-ci ildə Çovdarqızıl mədənində qiymətli metal filizinin yerüstü oksid hissəsinin istifadəsini başa çatdırmağı planlaşdırır. Bu barədə şirkətdən məlumat verilib.
“Çovdar mədənində zəruri işlər aparılıb və düzgün və səmərəli fəliyyəti və əmək şəraitinin yaxşılaşdırılması üçün müvafiq infrastruktur yaradılıb. 2020-ci ildə həmin mədəndə qiymətli metal filizinin yerüstü oksid hissəsinin istifadəsi mərkələsini başa çatdırmaq planlaşdırılır. Bundan sonra 2021-ci ildə sahəninyeraltıqızıl hasilatı mərhələsinə start veriləcək”, - məlumatda deyilir.
Çovdar filiz emalı sahənin yeraltı qızıl hasilatı layihəsinin texniki-iqtisadi əsaslanmasının hazırlanması məqsədilə beynəlxalq konsaltinq şirkəti cəlb olunub.
Bundan əlavə, QSC tərəfindən Naxçıvan Muxtar Respublikasında Göydağ-Əlincəfiliz qovşağının Ortakənd hissəsində geoloji tədqiqatlar aparılıb. Yaxın gələcəkdə şirkət həmin ərazidə qazma əməliyyatlarına başlamağı planlaşdırır.
Bununla bərabər, "AzerGold" perspektivdə Daşkəsən-Göygöl ərazisində geoloji tədqiqatları davam etdirməyi nəzərdə tutur. “Həmin sahədən götürülən növ nümunələrinin təhlilinin nəticələrinə əsasən kəşfiyyat işlərinin həyata keçirilməsi planı tərtib olunub”, - şirkətdən qeyd edilib. **
N.Abbasova