Müdafiə naziri general-polkovnik Zakir Həsənov cəbhəboyu zonadakı zirehli texnikaların döyüş qabiliyyəti və tətbiqi imkanlarını yoxlayıb. Bu barədə nazirlikdən məlumat verilir.
“Z.Həsənov və nazirliyin digər rəhbər heyəti tank bölmələrində olublar. Zirehli texnikaların döyüş qabiliyyəti və tətbiqi imkanlarını yoxlayan nazirə məruzə olunub ki, silahlanmada olan bütün hərbi texnika döyüşə hazır vəziyyətdədir”, - məlumatda deyilir.
Həmçinin nazir zirehli texnikalarda atış və sürücülük çalışmalarının öyrənilməsi üçün nəzərdə tutulmuş trenajor kompleksində təlim-məşq qurğularına baxış keçirib.
“Z.Həsənov mərkəzin tədris imkanlarını yüksək qiymətləndirib. Bildirilib ki, təlim mərkəzində trenajorlar vasitəsilə zirehli texnikaların idarə olunması və döyüş tətbiqi üzrə praktiki vərdişlər təkmilləşdirilir”, - nazirlikdən bildirilib. **
F.İsazadə