Gürcüstan prezidenti Georgi Marqvelaşvili 187 məhbusun əvf edilməsi haqqında fərman imzalayıb. Bunu Gürcüstan Dövlət Əfv Komissiyasının sədri Zviad Koridze bu gün keçirilən brifinqdə deyib.
Onun sözlərinə görə, əfv olunan məhbuslardan 123 nəfəri günün sonunadək öz ailələrinə qayıtmalıdır.
"Əfv olunanlardan 12-si qadın, 3-ü yetkinlik yaşına çatmayan şəxslərdir", - deyə Z.Koridze qeyd edib.*