Ötən gün Azərbaycan ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində 1 nəfər həlak olub, 1 nəfər yaralanıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Ötən gün ərzində 100 cinayət faktı qeydə alınıb, onların 18-i “isti izlər”lə açılıb.
Cinayət törətdiklərinə görə 26 nəfər tutulub.
Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 22 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.
Həmçinin narkotiklərlə əlaqəli 7, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.*
F.İsazadə