Mədəniyyət və Turizm Nazirliyi 2018-ci ilin yaz və payız mövsümündə Bakı Şopinq Festivalı təşkil edəcək. Bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayevdeyib.
“2017-ci ildə ilk dəfə keçirilən Bakı Şopinq Festivalı turizm sahəsində önəmli yenilik oldu. Yaz və payız mövsümündə təşkil olunan bu festivallar növbəti ildə davam edəcək”, - Ə.Qarayev nazirliyin Aparatı işçilərinin və nazirliyin strukturuna daxil olan qurumların rəhbər şəxslərinin iştirakı ilə 2017-ci ilin yekunlarına həsr olunmuş kollegiya iclasında bildirib.
Xəbər verildiyi kimi, 10 aprel - 10 may tarixlərinə Bakıda keçirilən I Bakı Şopinq Festivalı çərçivəsində dövriyyə 18 mln. manat təşkil edib.
İkinci Şopinq Festivalı 15 oktyabr - 15 noyabr tarixlrində keçirilib. II Festival çərçivəsində 33,8 mln. manat dəyərində mallar əldə olunub.
Şopinq Festivalın keçirilməsi Azərbaycanda turizmin inkişafına yönəlib. **
A.Əzizov