“Unibank” ASC cümə axşamı $10 mln. dəyərində istiqrazların yerləşdirilməsinə başlayır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Bakı Fond Birjasından məlumat verilib.
Emissiya nominal qiyməti bir qiymətli kağız üçün $10 olan 1 min istiqraza bölünüb.
İstiqrazların tədavül müddəti 6 il (2190 gün), gəlirlilik illik 6% təşkil edəcək.
İstiqrazların yerləşdirilməsi üzrə anderrayter qismində Unicapital İŞ ASC çıxış edir.
Bank cəlb ediləcək vəsaiti qeyri-neft sektorunda ixracyönümlü layihələrin kreditləşməsi, Azərbaycanda kiçik və orta sahibkarlığın maliyyələşdirilməsinə yönəltməyi planlaşdırır. **
A.Əzizov