2018-ci il aprelin 3-6-da Bakıda Qoşulmama Hərəkatı Xarici İşlər Nazirlərinin toplantısı keçiriləcək. Bunu Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.
“2018-ci il aprelin 3-6-da Bakıda Qoşulmama Hərəkatı Xarici İşlər Nazirlərinin toplantısı keçiriləcək”, - H.Hacıyev cümə axşamı mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, 2019-cu ildə Bakıda təşkilatın sammiti keçiriləcək.
Azərbaycan 2019-2022-ci ildə Qoşulmama Hərəkatına sədrlik edəcək. **
F.İsazadə