2018-ci ildə İran prezidenti Həsən Ruhani Azərbaycana səfər edəcək. Bunu Xarici İşlər Nazirliyinin mətbuat katibi Hikmət Hacıyev deyib.
“Biz 2018-ci ildə İran prezidenti Həsən Ruhaninin səfər edəcəyini gözləyirik”, - H.Hacıyev cümə axşamı mətbuat konfransında bildirib.
Bununla belə, o qeyd edib ki, səfərin dəqiq tarixi barədə söz demək hələlik tezdir. **
F.İsazadə