Rəsmi Bakı ATƏT-in Minsk qrupunun həmsədrlərinin Qarabağ münaqişəsi zonasında monitorinq missiyasının sayının artırılmasına dair təklifini müsbət qiymətləndirir. Bunu Xarici İşlər Nazirliyinin mətbuat katibi Hikmət Hacıyev deyib.
"Azərbaycan ATƏT-in monitorinq missiyası iştirakçılarının sayının artırılmasına dair təklifi müsbət qiymətləndirir", - deyə o, bu gün mətbuat konfransında bildirib.
Mətbuat katibinin fikrincə, bu addımlar substantiv və intensiv danışıqlarla paralel olaraq atılmalı, eləcə də münaqişənin nizamlanmasına kömək etməlidir.*
F.İsazadə