Fövqəladə Hallar Nazirliyi Quba rayonu ərazisində itkin düşmüş hava və ekstrim idman növləri ilə məşğul olan üç idmançının axtarışına "Mi-17" markalı helikopteri cəlb edib. Bu barədə nazirlikdən məlumat verilib.
“Alpinistlərin axtarışına nazirliyin Şimal Regional Mərkəzinin axtarış-xilasetmə qrupu, Xüsusi Riskli Xilasetmə Xidmətinin dağ-xilasetmə dəstəsi və peşəkar alpinistlərdən ibarət könüllü dəstə axtarışlara cəlb olunub”, - FHN qeyd edib.
Xəbər verildiyi kimi, dekabrın 26-da axşam saatlarında Böhran Vəziyyətlərində İdarəetməMərkəzinə "Gilavar" hava və ekstrim idman klubunun üç üzvünün itkin düşməsi barədə məlumat daxil olub.
Qeyd edilir ki, 23 dekabr tarixində alpinistlər Quba rayonunun Xınalıq kəndindən Tufandağı istiqamətində yürüşə çıxıblar. Sonra onlarla əlaqə kəsilib. **
B.Rüstəmbəyov