2018-ci ilin birinci yarısında Azərbaycan prezidenti İlham Əliyev Belarusa rəsmi səfər edəcək. Bunu Belarusun Bakıdakı səfiri Gennadi Axramoviç deyib.
“Gələn il ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi qeyd olunacaq. Bununla əlaqədar 2018-ci ilin birinci yarısında Azərbaycan prezidenti İlham Əliyev Minskə səfəri planlaşdırılır”, - diplomat cümə axşamı mətbuat konfransında bildirib.
O əlavə edib ki, 2017-ci il ərzində yüksək vəzifəli şəxslərin təxminən 40-a yaxın qarşılıqlı səfəri baş tutub. **
N.Abbasova