Rəsmi Bakı Yəmənin Səudiyyə Ərəbistanına endirdiyi raket zərbələrini pisləyir. Bunu xarici işlər nazirinin müavini Hikmət Hacıyev deyib.
“Azərbaycan Səudiyyə Ərəbistanına endirilən raket zərbələrini pisləyir”, - H.Hacıyev cümə axşamı mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, bu cür mənfi insidentlər regionda gərginliyin artmasına imkan yarada bilər. “Regionda sülh və sabitliyin təminatı məqsədilə siyasi və diplomatik səylərin artırılmasına çağırırıq”, - H.Hacıyev əlavə edib.
Dekabr ayı ərzində Yəmən husilər Səudiyyə Ərəbistanına ballistik daxil olmaqla, bir neçə raket zərbəsi endirdiklərini bəyan edib. **
F.İsazadə