Azərbaycan ilə Rusiya arasında “Pyotr Velikiy” adlı sərnişin gəmisini istismar etməklə dəniz turlarının təşkili haqqında memorandum imzalanıb. Bu barədə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin məlumatında deyilir.
“Sənəd AXDG və “Moskva Çay Gəmiçiliyi” ASC-nin baş direktoru Konstantin Anisimov arasında K.Anisimovun rəhbərlik etdiyi nümayəndə heyətinin Bakıya səfəri zamanı imzalanıb”, - deyə məlumatda bildirilir.
Memoranduma əsasən 2019-cu ilin sonuna kimi hazırda tikilməkdə olan “Pyotr Velikiy” gəmisi ilə Bakıya turistlərin səfəri təşkil ediləcək. Səfərlər üçün ilkin mərhələdə Həştərxan-Bakı marşrutu araşdırılacaq. 2020-ci ilədək isə turların əhatə dairəsi genişləndiriləcək. Bu məqsədlə tərəflər Qara dəniz limanları, Rusiyanın daxili suları, Həştərxan və Xəzər dənizindəki digər limanların, Moskva-Bakı, Həştərxan Maxaçqala-Bakı, Bakı-Ənzəli-Nouşehr-Türkmənbaşı-Aktau-Həştərxan, Rusiya-Həştərxan-Bakı arasında dairəvi reyslərin təşkili ilə bağlı araşdırma aparacaqlar
Görüşdə növbəti dövrlərdə yeni gəmilərin inşası barədə niyyət dilə gətirilib..*
N.Abbasova