Natiq Həsənov “Qala Həyat Sığorta” şirkətinin İdarə Heyətinin sədr müavini təyin edilib. Bu barədə şirkətdən məlumat verilir.
“Şirkətin Sdirektorlar Şurasının qərarı ilə Təftiş Komissiyasının üzvü Natiq Həsənov İdarə Heyətinin sədr müavini təyin olunub”, - məlumatda deyilir.
N.Həsənov 2012-ci ildən etibarən sığorta sektorunda çalışır.
“Qala Həyat Sığorta” şirkəti 2011-ci ildən etibarən sığorta bazarında fəaliyyət göstərir. Şirkətin nizamnamə kapitalı 12,87 mln. manata bərabərdir.
2017-ci ilin yanvar-noyabr aylarında şirkətin sığorta haqları 18 mln. 606,235 min manat, ödənişləri 16 mln. 153,673 min manat təşkil edib. **
A.Əzizov