Azərbaycan Mərkəzi Bankı (AMB) 2018-ci ildə konservativ pul siyasətini davam etdirəcək.
“Fiskal siyasətdəki nisbi yumuşalmanı nəzərə almaqla AMB 2018-ci ildə dəkonservativ pul siyasətinidavam etdirəcək. Bunun üçün Mərkəzi Bank adekvat monetar şəraitin formalaşmasını təmin edəcək”, - deyə AMB-nin 2018-ci il və ortamüddətli dövr üçün pul siyasətinin əsas istiqamətləri haqqında bəyanatında qeyd olunur.
Mərkəzi Bank bu siyasət çərçivəsində inflyasiyanın dinamikasını və inflyasiya gözləntilərini nəzərə alaraq uçot dərəcəsinin real səviyyəsinin pozitiv zonada qalmasına üstünlük verəcək.
“Mərkəzi Bank çevik məzənnə rejimini saxlayacaq. Bank milli valyutanın fundmental makroiqtisadi amillərdən irəli gəlməyən qısamüddətli dəyişkənliyinin qarşısının alınması məqsədilə məhdud sayda və həcmdə valyuta bazarına müdaxilə edə bilər”, - deyə bəyanatda bildirilir.*
A.Əzizov