Azərbaycan Mərkəzi Bankı 2018-ci ildə orta illik inflyasiyanı 6-8% civarında proqnozlaşdırır.
“Gələn il AMB inflyasiyanı 6-8% civarında saxlamağa çalışacaq”, - Azərbaycan Mərkəzi Bankının 2018-ci il və ortamüddətli dövr üçün pul siyasətinin əsas istiqamətləri haqqında Bəyanatında deyilir.
2017-ci ilin yanvar-noyabr aylarında Azərbaycanda orta illik inflyasiya 13,4% təşkil edib.
Eyni zamanda, bank makroiqtisadi sabitliyə təsir edə biləcək daxili və xarici faktorların mövcudluğunu qeyd edir. “Bu, dünya bazarlarında neftin qiymətinin azalması, əsas tərəfdaş ölkələrdə iqtisadi vəziyyətin pisləşməsidir. Bunda əlavə, dünyada ərzaqın qiymətinin artımı gələcəkdə idxal inflyasiyasının artımına səbəb ola bilər. Həmçinin maliyyə vasitəçiliyinin bərpası ilə bağlı problemlər, problemli kreditlərin həcminin artması, bank sektorunda vəziyyətin çətinləşməsi makroiqtisadi sabitliyə təsir göstərə bilər”, - bəyanatda qeyd olunur.
Bank vurğulayır ki, Azərbaycan hökuməti və AMB bu risklərin idarə olunması üçün “makroiqtisadi manevrləşmə potensialı”na malikdir.
2018-ci ildə AMB maqkroiqtisadi məqsədlərə çatmaq üçün mövcud maliyyə alətlərindən “adekvat və çevik” istifadə etməyi planlaşdırır. AMB həmin alətlərin istifadəsi zamanı bank sahəsində likvidlik səviyyəsini nəzərə almaq niyyətindədir. “Struktur likvidliyinin profisitinin mövcudluğu halında AMB sterilizasiya üzrə əməliyyatlar portfelini genişləndirə bilər”, - bəyanatda vurğulanır.
Ümumilikdə, AMB “pul siyasıtinin transmissiyasının xüsusiyyətlərini” nəzərə alaraq qərarlaq qəbul etməyi planlaşdırır.
2016-cı ildə Azərbaycanda orta illik inflyasiya 12,4% təşkil edib.
2018-ci ildə Azərbaycanda orta illik inflyasiya 6,1% səviyyəsində proqnozlaşdırılır. **
A.Əzizov