Azərbaycan Mərkəzi Bankı ölkədə struktur və institusional islahatların dərinləşdirilməsinin zəruriliyini qeyd edir.
“Ölkədə yeni nəsil institusional-struktur islahatların dərinləşdirməsi, biznes mühitin yaxşılaşdırılması makroiqtisadi sabitlik və özəl sektorun qeyri-neft sahəsində tələbatına əsaslanan inklüziv dayanıqlığın artımının təminatının artırılmasının vacib amilidir”, - Mərkəzi Bankın 2018-ci il və ortamüddətli dövr üçün pul siyasətinin əsas istiqamətləri haqqında bəyanatında bildirilir.
AMB-nin qiymətləndirmələrinə görə, institusional-struktur islahatların yeni dalğası daxili isdtehsal həcmini artırmağa, meydana gələn tələbata daha çevik reaksiya verməyə şərait yaradacaq.
“Bu, öz növbəsində iqtisadiyyatın şaxələndirilməsi, idxaldan asılığın azalması və ortamüddətli dövrdə qiymətlərin stabilləşməsinə imkan verəcək”, - AMB qeyd edir. **
A.Əzizov