Fövqəladə Hallar Nazirliyi şimal bölgəsində dağlarda hava və ekstrim idmannövü ilə məşğul olan üç alpinistrin axtarışını davam etdirir. Bu barədə Əməliyyat Qərarqahının məlumatında deyilir.
“Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin "Mi-17" markalı helikopteri, Şimal Regional Mərkəzinin axtarış-xilasetmə qrupu, Xüsusi Riskli Xilasetmə Xidmətinin dağ-xilasetmə dəstəsi və xüsusi təlim keçmiş itlər, peşəkar alpinistlərdən ibarət könüllü dəstə axtarışlarda iştirak edir”, - məlumatda bildirilir.
Bundan əlavə, cümə günü səhər saatlarından Xüsusi Riskli Xilasetmə Xidmətinin əlavə 10 nəfər dağ-xilasedicisi axtarışlara cəlb olunub. **
B.Rüstəmbəyov