“Unibank” ASC $10 mln. dəyərində əqdlərin yerləşdirilməsini həyata keçirib. Bu barədə Bakı Fond Birjasından məlumat verilib.
“Bank istiqrazları $10 mln. olmaqla, tam həcmdə yerləşdirilib”, - BFB-nin məlumatında deyilir.
Xəbər verildiyi kimi, emissiya nominal qiyməti bir qiymətli kağız üçün $10 olan 1 min istiqraza bölünüb.
İstiqrazların tədavül müddəti 6 il (2190 gün), gəlirlilik illik 6% təşkil edəcək.
İstiqrazların yerləşdirilməsi üzrə anderrayter qismində Unicapital İŞ ASC çıxış edir.
Bank cəlb ediləcək vəsaiti qeyri-neft sektorunda ixracyönümlü layihələrin kreditləşməsi, Azərbaycanda kiçik və orta sahibkarlığın maliyyələşdirilməsinə yönəltməyi planlaşdırır. **
N.Abbasova