1 dekabr 2017-ci il tarixinə “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan hasil olunan mənfəət neftinin ümumi həcmi 250 mln. ton təşkil edib. Bunu SOCAR-ın birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə rəsmi mətbuatda dərc olunan məqaləsində qeyd edib.
“1 dekabr 2017-ci il tarixinə AÇG blokundan 445 mln. ton neft və 140 mlrd. kubmetr səmt qazı hasil edilib. Qeyd olunan həcmdən 250 mln. ton Azərbaycanın mənfəət neftinin payına düşüb”, - X.Yusifzadə qeyd edib.
O vurğulayıb ki, indiyədək dünya bazarlarına 460 mln. ton Azərbaycan nefti ixrac olunub, həmçinin Bakı-Tbilisi-Ceyhan neft kəməri ilə nəql olunub. **
N.Abbasova