Azərbaycan Sənaye Korporasiyası (ASK) 18 kommersiya hüquqi şəxsin əmlakını qiymətləndirəcək.
Qiymətləndirmənin həyata keçirilməsi üçün müvafiq tender elan olunub.
Tender “İnter Tobakko”, “Şəki-İpək” ASC, “Azəralüminium” ASC, “Det-Al Alüminium” MMC, “Det-Al Metal” MMC, “CTS Agro” MMC və “İnter” Peşəkar İdman Klubunun əmlakının qiymətləndirilməsini nəzərdə tutur.
Tenderdə iştirak haqqı 300 manatdır. Tenderdə yalnız hüquqi şəxslər iştirak edə bilər.
Tender təklifləri 2018-ci il fevralın 26-dək qəbul ediləcək. Təklif zərfləri fevralın 27-də açılacaq.
Tenderlə bağlı məsələlərlə əlaqədar 055227 04 07 nömrəsinə zəng etmək olar.*
B.Rüstəmbəyov