2018-ci il yanvarın 1-nə Azərbaycan Silahlı Qüvvələrinə Yardım Fondunda $52 mln.-a yaxın vəsait toplanıb. Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidməti xəbər verir.
“Yanvarın 1-nə fondun hesabında 88 mln. 8 min 970,18 manat (cari məzənnə ilə $51 mln. 766,937 mindən artıq), $212 min 873,88, 9,356 avro və 5 min rubl toplanıb“, - məlumatda deyilir.
Azərbaycan Silahlı Qüvvələrinə Yardım Fondu Azərbaycan prezidentinin 2002-ci il tarixli fərmanı ilə yaradılıb.**
F.İsazadə