Azərbaycan hökuməti 2018-ci il üçün dövlət büdcəsində müxtəlif islahatların maliyyələşdirilməsinə 833,7 mln. manatın ayrılmasını nəzərdə tutur.
Xəbər verildiyi kimi, 2017-ci il üçün dövlət büdcəsində hökumət ilk dəfə müxtəlif proqramların maliyyləşdirilməsinə vəsaitin ayrılmasını nəzərdə tutub. Bu maddə üzrə xərclər 697 mln. manat həcmində planlaşdırılır.
Beləliklə, 2018-ci ildə bu maddə üzrə maliyyələşdirmənin həcmi 19.6% artacaq.
Bununla belə, hökumət həmin vəsaitin sərf olunacağı islahatların istiqamətləri və miqyasını açıqlamır.
**
A.Əzizov