Yeni İl bayramı günlərində Azərbaycan ərazisində baş vermiş 30 yol-nəqliyyat hadisəsi nəticəsində 15 nəfər həlak olub, 33 nəfər yaralanıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bayram günləri 329 cinayət faktı qeydə alınıb, onların 50-si “isti izlər”lə açılıb.
Cinayət törətdiklərinə görə 63 nəfər tutulub.
Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 36 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.
Həmçinin narkotiklərlə əlaqəli 10 fakt müəyyən edilib.**
F.İsazadə